Bu gün Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri keçirilir.
Yenicag.az xəbər verir ki, bütün Türkiyə vətəndaşları kimi, ölkənin siyasi liderləri də səsvermə məntəqələrinə gələrək, öz seçimlərini ediblər.
Türkiyənin baş naziri Binəli Yıldırım
Türkiyə parlamentinin sədri İsmail Kahraman
Cümhuriyyət Xalq Partiyasının namizədi Məhərrəm İncə
Prezidentliyə İYİ partiyadan namizədəd olan Meral Akşener də İstanbulda səs verib. O, Beylerbeyində yerləşən Hacı Sabancı Anadolu Litseyinə yollanaraq səsvermədə iştirak edib. Akşener açıqlamasında həyəcanlı olduğunu bildirib.
Qardaş ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan da səs verib. O, İstanbulın Üsküdar bölgəsində yerləşən Saffet Çebi adına orta məktəbə yollanaraq səsvermədə iştirak edib.