Türkiyənin 30 avqust – Zəfər bayramı münasibətilə bu ölkənin Azərbaycandakı səfiri Erkan Özoral və səfirliyin əməkdaşları Bakıdakı Türk Şəhidliyini ziyarət ediblər.
Yenicag.az xəbər verir ki, əvvəlcə şəhidlikdəki abidə önünə əklil qoyulub. Hər iki ölkənin dövlət himnləri səsləndikdən sonra səfir Şəhidlik dəftərini imzalayıb.
E. Özoral yazdıqlarını ucadan oxuyub. O qeyd edib ki, türk milləti bu qələbəni əzmkarlıqla qazanıb: “Bu əzmkarlığın azalmadığını ötən il dünyaya bir daha göstərdik. Bu əzmkarlıq eyni güclə davam edəcək”.