Türkiyə səfiri mart soyqırımı ilə bağlı paylaşım etdi

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı sosial şəbəkədə paylaşım edib.

Yenicag.az xəbər verir ki, diplomat tviterdə yazıb:

“Bu gün 31 Mart – Azərbaycanlıların Soyqırımı Günüdür. Faciə qurbanlarının əziz xatirəsini ehtiramla yad edir və bütün şəhidlərə Allahdan rəhmət diləyirəm”.