Türkiyə səfiri öldü

gucuk1470225471Türkiyənin İsveçrədəki səfiri Mehmet Tuğrul Gücük ölüb.

Məlumata görə, türkiyəli diplomat uzun sürən xəstəlikdən sonra avqustun 3-də öz ölkəsində müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Mehmet Tuğrul Gücük Bodrum şəhərindəki Güllük qəbiristanlığında dəfn ediləcək.

Xatırladaq ki, M.Gücük 1955-ci ildə Ankara şəhərində anadan olub. 1983-1987-ci illərdə Türkiyənin Berlində baş konsulu olub, 1995-1999-cu illərdə Türkiyənin ABŞ-dakı səfirliyində çalışıb.

O, 2005-2010-cu illərdə Türkiyənin Bolqarıstanda səfir vəzifəsində işləyib. 2014-cü ildən isə Türkiyənin İsveçrədə səfiri idi. Ancaq M.Gücük təxminən üç aydır müalicə məqsədilə Türkiyədə olduğundan bu vəzifəni səfirliyin müşaviri Volkan Karagöz icra edirdi. (modern)