Türkiyə səfirliyi Azərbaycana başsağlığı verdi

Türkiyənin Azərbaycandakı səfirliyi bu gün Cəbrayıl rayonu ərazisində minatəmizləmə prosesi zamanı baş verən partlayışda insan itkisi ilə bağlı başsağlığı verib.

Bu barədə səfirliyin “X” hesabında paylaşım edilib:

“Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin əməkdaşının Cəbrayıl rayonunda baş verən mina partlayışı səbəbindən həlak olması və digər əməkdaşların yaralanması xəbəri bizi kədərləndirdi. Həlak olan ANAMA əməkdaşına Allahdan rəhmət, yaralananlara şəfa diləyirik”.

Qeyd edək ki, ərazidə icra edilən minatəmizləmə prosesi zamanı baş verən partlayış nəticəsində Agentliyin əməkdaşı 1980-ci il təvəllüdlü Raqif Deputat oğlu İsayev həyatını itirib. Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan əməkdaşlar rayon xəstəxanasına təxliyə edilib. Vəziyyətləri qənaətbəxşdir.

COP29