Türkiyə səfirliyi Bakının işğaldan azad edilməsinin 104-cü ildönümü ilə bağlı paylaşım etdi

Türkiyənin Azərbaycandakı səfirliyi Bakının işğaldan azad edilməsinin 104-cü ildönümü münasibətilə paylaşım edib.

Yenicag.az xəbər verir ki, bu barədə səfirliyin “Twitter” səhifəsində yazılıb.

“Qafqaz İslam Ordusunun Azərbaycana gəlişi və Bakının işğaldan azad edilməsinin 104-cü ili mübarək olsun! Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa və 1132 şəhid olmaqla onunla birlikdə döyüşən Azərbaycan Ordusunun şəhidlərini hörmət və ehtiramla yad edirik”, – paylaşımda bildirilib.