Türkiyə səfirliyi Heydər Əliyevi andı

Türkiyənin ölkəmizdəki Səfirliyi Azərbaycan xalqının Ulu öndəri Heydər Əliyevin vəfatının 18-ci ildönümü münasibətilə paylaşım edib.

Yenicag.az xəbər verir ki, səfirliyin sosial media hesablarındakı paylaşımında ulu öndərin xatirəsi ehtiramla yad edilib.

“Ümummilli Lider Heydər Əliyevi vəfatının 18-ci ildönümü münasibətilə rəhmət və ehtiramla yad edirik”, – paylaşımda qeyd olunur.