Türkiyə səfirliyi şəhidlərimizin xatirəsini yad etdi – FOTOLAR

Türkiyənin ölkəmizdəki səfirliyində canlarını ərazi bütövlüyümüz uğrunda fəda etmiş Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yenicag.az xəbər verir ki, səfir Ərkan Özoral başda olmaqla səfirliyin bütün əməkdaşları tam heyətlə şəhidlərimizi bir dəqiqəlik sükutla yad edib.