Türkiyə səfirliyindən sərhədin bağlanması ilə bağlı AÇIQLAMA

Bu gün sosial şəbəkələrdə Naxçıvanda Azərbaycan-Türkiyə sərhədinin bağlanmasına dair məlumat yayılıb. Vətəndaşlar ötən gündən etibarən Sədərək keçid məntəqəsindən Türkiyəyə buraxılmayıb.

Türkiyənin Azərbaycandakı səfirliyindən Qafqazinfo-ya məsələdən xəbərdar olduqlarını, belə bir qərarın Azərbaycan tərəfindən verildiyi bildirilib.

“Azərbaycan bütün quru sərhədlərini bağlayıb. Nazirlər Kabineti yanında Operativ Qərargahın bununla bağlı qərarı var. Sərhədlər sentyabrın 1-nə qədər bağlıdır”, – deyə Səfirlikdən qeyd olunub.