Türkiyə səfirliyindən Silahlı Qüvvələr Günü təbriki

Türkiyənin Azərbaycandakı səfirliyi 26 iyun – Silahlı Qüvvələr Günü münasibəti ilə Azərbaycanın Silahlı Qüvvələrini təbrik edib.

Yenicag.az xəbər verir ki, təbrik mesajı diplomatik nümayəndəliyin tvitter səhifəsində yerləşdirilib.

“Qardaş Azərbaycanın Silahlı Qüvvələrini 26 iyun – Silahlı Qüvvələr Günü münasibəti ilə təbrik edir, Vətən naminə müqəddəs və şərəfli xidmətlərində uğurlar arzulayırıq”, – təbrik mesajında deyilir.