Türkiyə səfirliyinə hücum edildi

Türkiyənin Varşavadakı səfirliyinə hücum olub.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, yerli vaxtla təxminən saat 14:00-da (Bakı vaxtı ilə 17:00-da) diplomatik nümayəndəliklərin mühafizə idarəsi tərəfindən qorunan obyektdə insident baş verib. Səfirliyin binasına tezalışan mayeli şüşə atılıb.

Şübhəli şəxs saxlanılıb. Zərərçəkən və ya binaya dəymiş maddi ziyan barədə məlumat verilmir.