Türkiyə səfirliyinin ikinci katibinin səlahiyyət müddəti bitdi

Türkiyənin Azərbaycandakı səfirliyinin ikinci katibi Özge Kartal Uçarcının səlahiyyət müddəti bitib.

Yenicag.az xəbər verir ki, bu barədə səfirlik məlumat yayıb.

Bildirilib ki, səfir Cahid Bağcı Ö.K.Uçarcıya təşəkkürünü bildirərək ona plaket təqdim edib.

Diplomat həmçinin Özge Kartal Uçarcıya yeni vəzifəsində uğurlar diləyib.