Türkiyə səfirliyinin mətbuat müşaviri “Qızıl medal” la təltif edildi

“Azərbaycan -Ukrayna” beynəlxalq alyansınıın idarə heyyətinin qərarı ilə Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hüseyn Altınalan Alyansın “Qızıl medal” ı ilə təltif edilib.

Yenicag.az xəbər verir ki, “Azərbaycan -Ukrayna” beynəlxalq alyansın sədri Elmar Məmmədovun sözlərinə görə Hüseyin Altınalan İkinci Qarabağ savaşında Azərbaycanla bağlı dolğun İnformasiyaların yayılmasında, o cümlədən Türkiyə mediasının ölkəmizlə bağlı fəaliyyətini uğurla kordinasiya etdiyinə görə təltif edilib.