Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Tanıtma müşaviri İrfan Çiftçi “Yeni Çağ” Media Qrupunun qonağı olub.
Yenicag.az xəbər verir ki, İrfan Çiftçi ziyarəti çərçivəsində Media Qrupunun rəhbəri Aqil Ələsgər və yaradıcı heyətin üzvləri ilə görüşüb.
Türkiyə səfirliyinin müşavirinə “Yeni Çağ”ın fəaliyyəti ilə bağlı ətraflı məlumat verilib. Aqil Ələsgər və İrfan Çiftçi qarşılıqlı maraq doğuran məsələləri müzakirə edərək, əməkdaşlıq imkanlarını dəyərləndiriblər.
Görüşün sonunda xatirə fotoşəkli çəkilib.