Türkiyə şəhidinin qisasını aldı: 2 terrorçu məhv edildi

Türkiyə ordusu İraqın şimalında 2 PKK terrorçusunu məhv edib.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, terrorçular “Pəncə-kilid” əməliyyat zonasında zərərsizləşdirilib.

Qeyd edək ki, bundan öncə “Pəncə-kilid” əməliyyat zonasında Türkiyə ordusunun çavuşu Alpay Aras şəhid olmuşdu.