Türkiyə və İraq arasında yerləşən Habur keçid məntəqəsi birtərəfli bağlanıb.
Yenicag.az xəbər verir ki, səsvermə prosedurunun davam etdiyi bu dəqiqələrdə Şimali İraqdan Türkiyəyə girişə qadağa qoyuldu. Məntəqədə əks hərəkət- yəni, Türkiyədən İraqa giriş davam edir.
Qeyd edək ki, Bərzani referendum qərarından imtina etmədiklərini açıqlayanda “Ümid edirəm, Türkiyə sərhədi bağlamaz”- deyə, bu məsələni xüsusilə vurğulamışdı.