Türkiyənin Mersin vilayətində “Derman” adlı yerli istehsallı ilk 8 təkərli hərbi zirehli yük nəqliyyat vasitəsinin nümunəsi hazırlanıb.
Yenicag.az xəbər verir ki, hərbi zirehli yük avtomobilinin ilk nümunəsinin hazırlanmasına 2016-cı ildə başlanılıb.
Hərbi nəqliyyat vasitəsinin istehsalı prosesində 40-a yaxın türk mühəndis iştirak edib.
Sınaqdan sonra “Derman”ın silsilə istehsalı təşkil ediləcək və Türkiyə ordusunun silahlanmasına daxil ediləcək./Trend/