Türkiyə dünən rəsmən prezident üsul idarəsinə keçdi.
Yenicag.az türk mediasına istinadən xəbər verir ki, qardaş ölkədə yeni hökumətin tərkibi təsdiqlənib. Prezidentin fərmanı ilə Quru Qoşunlarının komandanı general Yaşar Gülər Türk Silahlı Qüvvələri Baş Qərargahına yeni rəhbər təyin edilib.
Xatırldaq ki, Baş Qərargah rəisi general Hulusi Akar müdafiə naziri təyin edildiyi üçün bu post boş qalmışdı.