Türkiyə silkələndi

Türkiyənin qərbində 4,1 bal gücündə zəlzələ baş verib.

Yenicag.az-ın məlumata görə, “UTC” vaxtı ilə saat 22:24-də qeydə alınan yeraltı təkanların episentri İzmir şəhərindən 122 kilometr şimal-şərqdə, ocağı isə 2 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.