Türkiyənin Malatya şəhərinin Pütürge rayonunda 4,7 maqnitudalı zəlzələ olub.
Yenicag.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanların ocağı 7 km dərinlikdə olub. Təbiət hadisəsi Bakı vaxtı ilə 00:25-də qeydə alınıb.