Türkiyə şirkətindən İstanbulda qardaşlıq nümunəsi – FOTOLAR

9 noyabr Azərbaycanda Dövlət Bayrağı Gündür.

Yenicag.az xəbər verir ki, Dövlət Bayrağı Günü təkcə ölkəmizdə, Azərbaycanın hüdudlarından kənarda da qeyd olunur.

Bu məsələdə qardaş Türkiyəni xüsusi ilə qeyd etmək lazımdır.

Bu münasibətlə uzun müddətdir ölkəmizdə fəaliyyət göstərən Türkiyənin “SinerjiPro” şirkəti də Azərbaycana dəstəyini bildirib.

Belə ki, adıçəkilən şirkətin həm İstanbulda, həm də ölkəmizdəki filialının binasında dövlət bayrağımız asılıb.

Qeyd edək ki, “SinerjiPro” şirkətinin rəhbəri Ufuk Aydındır. Azərbaycanla bağlı məsələlərdə həssaslıq nümayiş etdirən “SinerjiPro” şirkətinin prezidenti Türkiyədə ölkəmizlə bağlı bir sıra lahiyələrin isimsiz dəstəkçilərindən biridir.

COP29