Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Türkiyə şirkətinin 25 əməkdaşı zəhərləndi, biri öldü - Rusiyada

Rusiyanın Moskva vilayətinin Kotelniki şəhərində Türkiyə şirkətinin 25 əməkdaşı qida zəhərlənməsi ilə xəstəxanaya yerləşdirilib.

Yenicag.az xəbər verir ki, ilkin versiyaya görə, kütləvi zəhərlənmənin səbəbi sifarişlə gətirilmiş yemək olub.

Kotelniki şəhər administrasiyasından bildiriblər ki, Türkiyə şirkətində çalışan tikinti şəhərciyinin zəhərlənən işçiləri təmir işləri apardıqları metronun “Molodyojnaya” stansiyasında sifarişlə gətirilmə yeməklə qidalanıb. Məlumata görə, dünən gecə onların halı pisləşib və təxminən, gecə saat 12 radələrində təcili yardım çağırıblar, onların hamısı xəstəxanaya yerləşdirilib. Zəhərlənmə nəticəsində bir işçi ölüb.

Qeyd edilir ki, zərərçəkən işçilər Özbəkistan və Tacikistan vətəndaşlarıdır./Report/

www.yenicag.az

2454
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS