Türkiyə Silahlı Qüvvələri “Fərat qalxanı” əməliyyatı çərçivəsində İŞİD terror təşkilatının 217 mövqeyini məhv edib.
Yenicag.az Trend-ə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında deyilir.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri avqustun 24-də Suriyada “Fərat qalxanı” hərbi əməliyyatına başlayıb. Əməliyyat çərçivəsində Türkiyənin sərhəd rayonlarını terrorçulardan təmizləmək, humanitar yardımın çatdırılmasını təmin etmək və İŞİD-lə mübarizədə beynəlxalq missiyaya dəstək göstərmək kimi məqsədlər qoyulub.
Yenicag.az