Türkiyə Superkuboku Bakıda? – Rəsmi açıqlama

Türkiyə Super Kubokunun yeri müəyyənləşib.

Yenicag.az xəbər verir ki, bu barədə rəsmi məlumatı Türkiyə Futbol Federasiyası yayıb. Yayılan məlumatda “Beşiktaş”la “Konyaspor”un Samsunda yeni inşa edilən stadionda üz-üzə gələcəyi bildirilib. Həlledici oyun avqustun 7-də baş tutacaq.

Qeyd edək ki, bir müddət öncə “Beşiktaş”ın prezidenti Fikret Orman sözügedən matçın Bakıda baş tuta biləcəyi ehtimalından da söz açmışdı.

Yenicag.az

COP29