Türkiyə Super Liqası Azərbaycanda yayımlanacaq

Türkiyə Super Liqasının oyunları Azərbaycanda canlı yayımlanacaq.

Yenicag.az xəbər verir ki, qonşu ölkə çempionatının qarşılaşmaları “CBC Sport” kanalı ilə nümayiş olunacaq.

Bunu televiziya kanalının rəhbəri Volkan Üst açıqlayıb. O kanalın canlı efirində bildirib ki, bu həftədən etibarən Türkiyə Super Liqasının görüşləri “CBC Sport”la yayımlanacaq.

Qeyd edək ki, Türkiyə çempionatı indiyədək ölkəmizdə yayımlanmayıb.