Bu gün axşam saatlarında Türkiyə-Suriya sərhədində terror aktı törədilib.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Suriyanin Azez rayonunda baş verib. Partlayış nəticəsində 8 nəfər həlak olub, onlarla insan yaralanıb.
Yaralılardan bir neçəsinin vəziyyəti ağırdır.