!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Türkiyə Suriyada aktiv aktyor olmaqdan çıxır”

!Reklam – Yazi

fazilmustafaesas126“Türkiyə Suriya siyasətində aktiv mövqeyə keçmək üçün Rusiyanın təxribatından faydalanmağa üstünlük verdi”.

Milli Məclisin deputatı Fazil Mustafa Türkiyənin Rusiya təyyarəsini vurmasının nəticələri ilə bağlı mövqeyini bildirərkən belə deyib.

Onun fikrincə, nəticəni proqnozlaşdırmaq nə qədər çətin olsa da, anlaşılan bir məqam var ki, onsuz da türkmən məsələsinə görə artıq bu iki dövlətin üz-üzə gəlməsi qaçınılmaz idi:
“Bu üz-üzə gəlmə Suriya sərhədləri içində olsaydı, NATO-nu bu qarşıdurmada tərəf cinahında görmək xeyli çətin olacaqdır. Təyyarə NATO-ya üzv olan dövlətin ərazisini pozduğuna görə vurulmuşsa, o zaman 5-ci maddənin avtomatik tələbləri yerinə yetirilməli və ümumi olaraq NATO hüdudlarına müdaxilə kimi dəyərləndirilməlidir. Türkiyə İraqda Tel Aferdən İŞİD tərəfindən sıxışdırılıb çıxarılan türkmənlərə görə qəti addım atmasa da, Suriya türkmənləri üçün ona görə qəti mövqe ortaya qoyur ki, Türkməndağı itirildikdən sonra Rusiya və İran gücləri birbaşa Türkiyə ilə sərhədə nəzarət edə bilirlər, artıq Türkiyə Suriyada aktiv aktyor olmaqdan çıxır”.

F.Mustafa eyni zamanda onu da əlavə edib ki, gələcəkdə kürdlərin Aralıq dənizinə çıxması üçün əsas əngəl ortadan qaldırılır və burada dənizə açılan Kürd dövlətinin yaranması risqi daha da böyüyür: “Son vaxtlar Rusiya ümumiyyətlə Türkiyə ilə məsxərə üslubunda davranırdı və Türkiyənin uzun müddət bu davranışı həzm etməsi mümkün ola bilməzdi. Fikrimcə bu risqli addımdan sonra Türkiyə Rusiya təyyarəsinin hava sərhəddini pozması ilə bağlı sübutların geniş təbliğatına başlamalıdır və ən azı NATO-nun, xüsusilə də ABŞ-ın dəstəkverici mövqeyini gücləndirməlidir. Ümid edək ki, faciəli nəticələr olmaz, ancaq bəzən qüruru qorumaq üçün özündən güclüyə birinci yumruq atmalı olursan”.

Xatırladaq ki, noyabrın 24-də Rusiyanın hərbi təyyarəsi Türkiyənin hava məkanına daxil olub. Türkiyə tərəfi isə həmin təyyarəni vurub. Bu isə iki ölkə arasında vəziyyəti daha da gərginləşdirib.

www.yenicag.az

449
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv