Türk hərbçiləri suriyalıların doğma torpaqlarına və evlərinə qayıtmalarına maneə törətmək istəyən PKK/YPG terror təşkilatının mülki vətəndaşlar arasında itki yaşanması məqsədi ilə basdırdığı minaları zərərsizləşdirməyə davam edir.
Yenicag.az xəbər verir ki, Türkiyə Müdafiə Nazirliyindən verilən açıqlamada qeyd edilib ki, “Türk əsgərlərinin təmin etdiyi dinc və təhlükəsiz mühit sayəsində suriyalı qardaşlarımızın evlərinə və torpaqlarına geri dönməsindən narahat olan PKK/YPG terror təşkilatının partlayıcı vasitələrlə günahsız vətəndaşlara qarşı hücumu davam edir. Hərbçilərimiz isə mina və kustar üsulla hazırlanmış bombaları zərərsizləşdirməyə davam edir”.
Sülh Çeşməsi əməliyyatı çərçivəsində Rəsulaynda aparılan son əməliyyat axtarış tədbirləri nəticəsində PKK/YPG terror təşkilatına məxsus kustar üsulla hazırlanan partlayıcıların hazırlanmasında istifadə olunan çox sayda partlayıcı maddə, mina, silah-sursat və digər materiallar aşkar edilərək zərərsizləşdirilib.
Digər tərəfdən uzun illərdir YPG/PKK terror təşkilatının nəzarəti altında olan və şəhərsalma xidmətlərindən yararlana bilməyən Rəsulayn və Tel Abyad şəhərlərində Sülh Çeşməsi əməliyyatı çərçivəsində təhlükəsizliyin təmin olunmasından sonra başda səhiyyə xidmətləri olmaqla içməli su, ərzaq, enerji və təmizlik kimi ehtiyacların qarşılanması təmin edilib.