Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Türkiyə suriyalılara ali təhsil almaq imkanı yaratdı

Gaziantep Universiteti terrordan təmizlənən bölgələrdə fakültələr açaraq təhsili yarımçıq qalmış suriyalılara ali təhsil almaq imkanı verir.

Yenicag.az xəbər verir ki, Afrin Təhsil Fakültəsinin araşdırma mütəxəssisi Xəlil İbrahim İlgi  Gaziantep Universiteti “Fırat Qalxanı” və “Zeytun Budağı” əməliyyatları nəticəsində terrordan təmizlənən Əl-Bab, Aazaz, Afrin və Cerablus şəhərlərində fakültələr açdığını deyib.

O bildirib ki, prezidentin sərəncamı ilə Cerablusda bir peşə məktəbi, Afrin Təhsil Fakültəsi, Aazazda İlahiyyat Fakültəsi və Əl-Babda İqtisadiyyat və İdarəetmə Fakültəsi açılıb: “Qəbul edilən tələbələr xarici tələbələr üçün universitetlərə qəbul imtahanından (YÖS) keçiblər. Bu imtahanda 3 min tələbə iştirak edib. Burada 3 proqram var. İbtidai sinif müəllimliyi, psixoloq-konsultant və türk dili bölümləri. Hər proqramdan 40 tələbəmiz var.”

Mütəxəssis müharibə şəraitində həyatın normal vəziyyətə qayıtmasının ən böyük göstəricilərindən biri olaraq ali təhsilə başlanılmasını vurğulayıb.

Daha öncə Hələb Universitetinin tələbəsi olan afrinli Raman Cəfər təhsil məsələlərində problemlər yaşayan afrinli tələbələrə dəstək verdiyi üçün Gaziantep Universitetinin rəhbərliyinə təşəkkür edib: “Afrindəki bir çox tələbə gələcəyini itirməmək üçün bu addımı səbirsizliklə gözləyirdi”.

Şərqi Qutadan köçdükdən sonra Afrində sığınacaq tapan Gada Şaminin sözlərinə görə, Dəməşqdəki Dimaşk Universitetinin 3-cü kurs tələbəsi ikən mühasirə və məcburi köç səbəbi ilə universiteti bitirə bilməyib.

Suriyada beynəlxalq səviyyədə tanınan diplom verən universitet tapa bilmədiyini qeyd edən Şami, “Gaziantep Universitetinin açılması çox gözəl bir fürsət oldu. Hal hazırda ibtidai sinif müəllimliyi oxuyuram”, – deyə bildirib.

www.yenicag.az

1408
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100