Türkiyə tarixində YENİ SƏHİFƏ: Özləm Yılmaz ilk qadın jandarm generalı oldu – FOTO

Türkiyədə Jandarm Baş Komandanlağına ilk dəfə qadın general daxil edilib.

Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, prezident Rəcəb Tayyib Ərdoğanın sərəncamı ilə Özləm Yılmaz jandarm general-mayoru rütbəsinə yüksəlib.

Bu qərar əsasında Türkiyə tarixinə düşən Özləm Yılmaz ölkənin ilk qadın jandarm generalı ünvanına sahiblənib.