Türkiyə “Temu”ya görə gömrük qaydalarını sərtləşdirdi

Türkiyə “Temu”dan edilən çoxsaylı sifarişlərə görə yeni sərt qaydalar tətbiq edib.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Sərtləşdirilən qaydalar çərçivəsində “Temu”, “Aliekspress”, “Əlibaba”, “Amazon” kimi xarici onlayn ticarət platformalarından aylıq sifariş limiti 150 avrodan 30 avroya endirilib. Bu limit keçiləcəyi halda ödəniləcək gömrük rüsumu 60 faizə qaldırılıb.

Qərar 15 gün sonra qüvvəyə minəcək.