Türkiyə təyyarəsi vuruldu – SON DƏQİQƏ

Liviya Milli Ordusu Türk pilotsuz təyyarəsinin məhv edildiyini bildirib.

Yenicag.az xəbər verir ki, bu barədə ordu marşalı Xəlifə Həftər açıqlama verib:

“Minaatan mərmi daşıyan bir türk pilotsuz təyyarəsi vuruldu. Bu, barışığın pozulmasıdır. O, Abdullah əl-Utayrinin bir dəstəsi tərəfindən vurulub”.

Qeyd edək ki, Türkiyə Liviyanı ələ keçirməyə çalışan Xəlifə Həftərə qarşı mübarizə üçün hərbiçilərini Liviya ordusuna dəstəyə göndərmişdi. (oxu.az)

COP29