Türkiyə Milli Müdafiə Nazirliyi (MSB) TUSAŞ-dakı terrora cavab olaraq PKK-nin mövqelərinə zərbələr endirib, terrorçuların kəşfiyyat, energetika, logistika infrastrukturu və silah anbarları məhv edilib.
Yenicag.az xəbər verir ki, Milli Müdafiə Nazirliyi İraq və Suriyada həyata keçirilən hava əməliyyatlarında PKK-nın 32 hədəfinin məhv edildiyini açıqlayıb.
Nazirlikdən edilən yazılı açıqlamada, “PKK/KCK və digər terror ünsürlərini zərərsizləşdirərək xalqımıza və təhlükəsizlik qüvvələrimizə qarşı terror hücumlarını aradan qaldırmaq və sərhəd təhlükəsizliyimizi təmin etmək məqsədilə İraq və Suriyanın şimalında terrorçu hədəflərə qarşı hava əməliyyatı həyata keçirilib. Terrorçulara məxsus ümumilikdə 32 hədəf və çoxlu sayda terrorçu məhv edilib”, – qeyd olunub.