Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

Türkiyə-Ukrayna münasibətləri Rusiyanı niyə qıcıqlandırır? - Salih Yılmazın şərhi

Reklam: High Technic

“Rusiya da öz növbəsində Ermənistan, Yunanıstan və Cənubi Kiprlə hərbi əməkdaşlıq edir, həmin ölkələrə silah verir”.

 

Yenicag.az xəbər verir ki, bu fikirləri Türkiyə-Ukrayna münasibətlərinə Rusiyanın neqativ reaksiyasını şərh edən politoloq Salih Yılmaz deyib.

Salih Yılmazın sözlərinə görə, Rusiyanın Ukrayna ilə münasibətləri inkişaf etdirən Türkiyədən narazılığı məntiqsizdir:
“Deyə bilərik ki, Rusiyanın Suriyadakı fəallığı Ukrayna-Rusiya gərginliyini arxa plana keçirib. Bununla belə, son vaxtlar, xüsusilə də Ukrayna Pravoslav Kilsəsinin müstəqilləşməsindən və Türkiyənin Ukraynaya hərbi dronlar göndərməsindən sonra Rusiya mediasında Türkiyə əleyhinə təbliğat güclənib.

Lakin nəzərə almaq lazımdır ki, Türkiyə-Ukrayna münasibətləri hər zaman yüksək səviyyədə olub. SSRİ-nin dağılmasından sonra Türkiyə ilə Ukrayna arasında hərbi və müdafiə sənayesi sahələrində əməkdaşlıq müqavilələri imzalanıb.

Bunları qeyd edərkən, Rusiyanın da öz növbəsində Ermənistan, Yunanıstan və Cənubi Kiprlə hərbi əməkdaşlığını, həmin ölkələrə silah verdiyini unutmaq olmaz. Digər tərəfdən, Rusiya hər fürsətdə bəyan edir ki, Ukraynada baş verənlər sadəcə vətəndaş müharibəsidir və ona heç bir aidiyyatı yoxdur.

O baxımdan, Rusiyanın Türkiyə-Ukrayna münasibətlərinə görə narahatlığı məntiqsizdir. Həm də ki Ukrayna-Rusiya qarşıdurması dərinləşdikcə, NATO-nun Kiyevə dəstəyi də adekvat artacaq.

Bu səbəbdən də, Rusiya regionda gərginliyin aradan qaldırılması üçün müsbət təşəbbüslər göstərməli, Ukrayna ilə münasibətlərini normallaşdırmalı, bununla da Qərbin mövcud münaqişədən öz maraqları naminə yararlanmasına imkan verməməlidir.

Türkiyənin Ukrayna Pravoslav Kilsəsinə müstəqillik verilməsini dəstəkləməsinə gəldikdə, bu mövqe Lozanna sülh müqaviləsinə əsaslanır. O da nəzərə alınmalıdır ki, Fənər Patriarxlığı İstanbulda yerləşsə də, Ukrayna kilsəsi ilə bağlı qərar Kritdə – Yunanıstanda qəbul edilib”.

A.Zeynalov

www.yenicag.az

1946
SFERA
VETENINFO
AZNEWS
MATC
redaktor.az
REKLAM: KRISTAL ABŞERON
MARGIN-BOTTOM