Türkiyə Ukraynaya ARXA ÇIXIR: “Zelenski sona qədər müqavimət göstərəcək”

“Üçüncü ilini tamamlayan Ukrayna böhranında Trampın müdaxiləsi ilə işlər daha da mürəkkəbləşdi”.

Bunu Yenicag.az-la söhbətində Türkiyədə fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, professor Hasan Oktay deyib.

Analitik Səudiyyə Ərəbistanında başlanan Rusiya-ABŞ görüşləri fonunda Ukrayna prezidenti Volodimir Zelenskinin Türkiyəyə səfərini şərh edib.

H. Oktaya görə, xüsusilə Zelenskinin diktator olduğunu deməsi və seçki müharibəsi şəraitində seçkilərin keçirilməməsini gözardı edərək belə bir ifadə işlətməsi, Trampın adi liderlərdən fərqli bir mövqe göstərməsinə səbəb oldu:

“Artıq növbəti mərhələnin necə olacağı barədə heç kəsin məlumatı yoxdur. Ölkəsi işğal olunan Zelenski isə buna qarşı sona qədər müqavimət göstərəcək. Xüsusilə Avropa İttifaqının Trampın mövqeyi qarşısında hansı rolu oynayacağı çox önəmlidir. Türkiyə Ukraynanın ərazi bütövlüyünü tanıdığı üçün Ukraynanı hər cür dəstəkləməyə davam edəcək”.

Rafi Müslümov