Türkiyə Ukraynaya minaya qarşı davamlı 50 zirehli avtomobil verdi – Savaş DƏSTƏYİ

Ukrayna ordusu Türkiyə istehsalı olan minaya qarşı davamlı daha 50 zirehli avtomobillə təchiz olunub.

Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, Türkiyə Ukraynaya minaya qarşı davamlı “Kirpi” markalı əlavə 50 zirehli avtomobil göndərib.

Məlumata görə, Ukraynaya göndərilən bu avtomobillər əvvəllər Türkiyə ordusunun istifadəsində olub.

Qeyd olunur ki, sözügedən avtomobillərin göndərilməsi Ukrayna ilə “Kirpi”nin istehsalçısı olan BMC şirkəti yox, Türkiyə və Ukrayna hökumətləri arasında anlaşma əsasında baş tutub:

“Anlaşmaya əsasən, Türkiyənin Milli Müdafiə Nazirliyi Ukraynaya ilkin olaraq 50 “Kirpi” zirehli avtomobili göndərib. Həmin avtomobillərin Ukrayana göndərişi davam etdiriləcək”.