Ukrayna münaqişəsi başlayandan Türkiyə Kiyevi silahla, ilk növbədə pilotsuz təyyarələrlə təmin edirdi, lakin indi ABŞ və Avropa İttifaqı çətin vəziyyətdə olduğu üçün Vaşinqton türk müdafiə sənayesini Ukraynanın əsas silah tədarükçüsünə çevirməyi planlaşdırır.
Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumata görə, Türkiyənin “Baykar” şirkəti tərəfindən Ukraynada pilotsuz təyyarələrin istehsalı zavodunun yaradılması ilə yanaşı, ABŞ-də Türkiyə müdafiəsinin artilleriya mərmilərinin istehsalı üçün zavodun yaradılması da planlaşdırılır. ABŞ artıq Türkiyə ilə 155 mm-lik sursat istehsalı üçün ehtiyat hissələrinin tədarükünü artırmaq üçün danışıqlar aparır.
İddia olunur ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mayın 9-da Vaşinqtona səfəri zamanı ABŞ prezidenti Co Baydenlə bu məsələni müzakirə edəcəyi gözlənilir. Jurnalistlər qeyd edirlər ki, Ərdoğan Baydenin prezidentliyə başlamasından sonra ilk dəfə ABŞ-a səfər edəcək. Bunun müqabilində ABŞ Türkiyəyə iki ölkə arasında hərbi münasibətlərin yumşaldılmasını təklif edəcək.
Bir müddət əvvəl Türkiyənin Maltəpə Universitetinin (İstanbul) professoru Həsən Ünal bildirib ki, Rusiya Türkiyədən Ukraynaya silah tədarükünü qəbullanmalıdır.