Türkiyə Ukraynaya uduzdu, İtaliya İspaniyada darmadağın oldu

DÇ-2018-in seçmə mərhələsinin UEFA zonası üzrə növbəti oyunlar keçirilib.

Yenicag.az xəbər verir ki, bu gecə daha 3 qrupda 7-ci turun qarşılaşmaları baş tutub. F, G və İ qruplarının oyunları turun son gününə təsadüf edib.

Günün ən diqqətçəkən qarşılaşması İspaniya ilə İtaliya arasında baş tutub. “Santyaqo Bernabeu” stadionunda keçirilən G qrupunun liderlərinin dueli qrup liderliyi baxımından böyük önəm kəsb edirdi. İspanlar bu görüşdə inamlı qələbə qazanmaqla mundiala vəsiqənin taleyini demək olar ki, həll ediblər. İtaliya yığması isə böyük ehtimalla pley-off oyunlarında DÇ-yə vəsiqə qazanmaq məcburiyyətində qalacaq.

Maraqlı oyunlardan daha biri İ qrupunda, Xarkovun “Metallist” stadionunda keçirilib. Burada 11 xalla 3-4-cü pillələri bölüşən Ukrayna və Türkiyə üz-üzə gəlib. Bu matç hər iki milli üçün ölüm-qalım mübarizəsi idi. Belə ki, məğlub olacaq tərəf DÇ-2018 xəyallarının üzərindən böyük ölçüdə xətt çəkəcəkdi. Qarşılaşma Ukraynanın qələbəsi ilə başa çatıb və “ay-ulduzlular”ın mundial arzusu puç olub.

DÇ-2018-in seçmə mərhələsi
2 sentyabr

D qrupu

Gürcüstan – İrlandiya 1:1
Qol: Kazaişvili, 34 – Daffi, 4.

Serbiya – Moldova 3:0
Qol: Qaçinoviç, 20. Kolarov, 30. Mitroviç, 81.

Uels – Avstriya – 1:0
Qol: Vudbern, 74.

G qrupu

Albaniya – Lixtenşteyn 2:0
Qol: Roşi, 54. Aqolli, 78.

İspaniya – İtaliya 3:0
Qol: İsko, 14; 40. Morata, 77.

İsrail – Makedoniya 0:1
Qol: Pandev, 73.

İ qrupu

Finlandiya – İslandiya 1:0
Qol: Rinq, 8.

Xorvatiya – Kosovo (təxirə salınıb)

Ukrayna – Türkiyə 2:0
Qol: Yarmolenko, 18; 42.

Yenicag.az