!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Türkiyə və ABŞ arasında istənilən anlaşma şərti xarakter daşıyır” – Mixail Çernov

!Reklam – Yazi

“Suriyadakı fəaliyyətlə bağlı Rusiya və Türkiyə arasında koordinasiya var, bu və ya başqa ərazilərə yönəlik qarşılıqlı anlaşma mövcuddur”.

Bu fikirləri Yenicag.ru-ya açıqlamasında Türkiyənin Suriyanın şimal-şərqində keçirməyə hazırlaşdığı mümkün hərbi əməliyyat ərəfəsində yaranmış vəziyyəti dəyərləndirən Yaxın Şərq məsələləri üzrə Rusiyalı ekspert Mixail Çernov deyib.

Mixail Çernovun sözlərinə görə, Türkiyə və Rusiya, həmçinin Bəşər Əsəd hökuməti arasında İdliblə bağlı razılaşmanın əldə olunması istisna edilmir:

“ABŞ prezidenti Donald Tramp özünün “Tvitter” səhifəsində Türkiyəni tərəfdaş ölkə olaraq, yüksək qiymətləndirib. Onun daha sonra bu fikirlərə zidd olan mövqe bildirməsi isə tamam başqa məsələdir.

Aydındır ki, həm ABŞ-ın, həm də Türkiyənin indiki durumunda istənilən anlaşma beynəlxalq münasibətlərə xas qaydada şərti xarakter daşıyır. Yəni “indi bir söz, sonra isə başqa söz deyə bilərəm”.

Suriyada maraqlı tərəflərin mümkün hərbi əməliyyatları haqda nə demək olar? Bu məntiq çərçivəsində kürdlərin ABŞ-ın dəstəyi ilə nəzarətdə saxladıqları Suriya əraziləri, eyni zamanda, İdlib bölgəsi nəzərdən keçirilir.

Qeyd olunmalıdır ki, Suriyadakı fəaliyyətlə bağlı Rusiya və Türkiyə arasında koordinasiya var, bu və ya başqa ərazilərə yönəlik qarşılıqlı anlaşma mövcuddur.

Konkret olaraq İdlib haqqında danışsaq, mən o bölgənin Bəşər Əsədin nəzarətinə qaytarılacağını istisna etmirəm. Daxili çəkişmələr nəticəsində İdlibə nəzarəti Rusiyada qadağan olunmuş “Həyat Təhrir əş-Şam” qruplaşması ələ keçirib.

O baxımdan, mümkündür ki, Ankara Suriyadakı həmin “İslamçı anklav”a görə məsuliyyəti Moskva və kürdlərin müstəqillik şansına toxunmaq istəməyən Dəməşqlə bölüşmək istəsin”.

www.yenicag.az

1891
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv