!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bayden Ərdoğana təşəkkür etdi - YENİLƏNDİ 3

!Reklam – Yazi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Co Baydenlə görüşüb.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin administrasiyası məlumat yayıb. Görüşdə ticarət və təhlükəsizlik məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.

ABŞ lideri Ukrayna limanlarından taxılın dünyaya daşınmasını təmin edən taxıl dəhlizinin yenidən fəaliyyətini bərpa etdirməsində vasitəçi roluna görə Türkiyə Prezidenti Ərdoğana təşəkkür edib.

Bundan başqa, İstanbulun İstiqlaliyyət küçəsindəı baş verən terror aktına görə də Bayden Ərdoğana başsağlığı verib.

İki tərəf F-16 təyyarələrinin Türkiyəyə satışını müzakirə edib, eyni zamanda ABŞ Prezidenti Co Bayden İsveçin NATO-ya üzvlüyü baxımından Türkiyənin önəmli aktor olduğunu əlavə edib.

*** 13:50

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Cozef Baydenin görüşündə “Taxıl sazişi”nin müddətinin uzadılmasının vacibliyi məsələsi müzakirə olunub.  

Yenicag.az xəbər verir ki, bu barədə Ağ ev məlumat yayıb.

Liderlər sazişin qüvvədə qalmasının mühüm əhəmiyyət daşıdığını vurğulayıblar.

Bundan başqa, C.Bayden İstanbulda törədilən terror aktında ölən və yaralananlara görə R.T.Ərdoğana başsağlığı verib.

*** 12:50

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Cozef Bayden arasında görüş başlayıb.

Yenicag.az xəbər verir ki, məlumatı Türkiyə Prezident Administrasiyası yayıb.

Liderlər “G-20”liyin İndoneziyanın Bali adasında keçirilən sammiti çərçivəsində bir araya gəlib.

www.yenicag.az

269
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv