Türkiyə və Azərbaycan birgə taktiki atışlı döyüş təlimi keçirib.
Yenicag.az xəbər verir ki, bu barədə məlumatı Türk Silahlı Qüvvələri yayıb. Bildirilib ki, iki ölkə quru qüvvələri arasındakı dostluq və əməkdaşlığı inkişaf etdirmək, məlumat və təcrübə mübadiləsi etmək məqsədiylə 29-31 may tarixləri arasında təlimlər keçirilib.
Sözügedən təlimlər Türkiyənin Qars vilayətində baş tutub.