Bölgə ölkələrində fəaliyyət göstərəcək müştərək neft və təbii qaz kəşfiyyatı şirkəti qurulacaq.
Yenicag.az “Anadolu Ajansı”na istinadən bildirir ki, bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönmez məlumat verib.
II Əlcəzair İnvestisiya Konfransına fəxri qonaq qismində qatılan Dönmez bildirib ki, Əlcəzairdə təxminən 1500 türk firması fəaliyyət göstərir və bu şirkətlərdə 30 minə yaxın əlcəzairli çalışır. Bu şirkətlər toxuculuqdan qidaya qədər bir çox sahələri əhatə edir.
Türkiyə ilə Əlcəzair arasındakı əlaqələrin son illərdə daha da yaxınlaşdığını bildirən nazirin sözlərinə görə, keçən il 4 milyard dollar civarında olan ticarət həcminin bu il 5 milyard dollara çatacağı gözlənilir:
“Digər müsbət hal odur ki, Əlcəzairin milli neft və qaz şirkəti “Sonatrach” ilə “Turkish Petroleum” (TP) arasında ortaq şirkətin yaradılmasına nail olduq. Təkcə iqtisadi sahədə deyil, mədəni, siyasi, müdafiə və eləcə də bir çox sahələrdə də ortaq işlər görülür”.
Gülşən