!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyə və Ermənistan üçüncü ölkələrin vətəndaşları üçün quru sərhədlərini açır

!Reklam – Yazi

Tərəflər Türkiyə ilə Ermənistan arasında quru sərhədinin iki ölkəyə səfər edən üçüncü ölkə vətəndaşlarının keçməsi üçün ən qısa zamanda açılması barədə razılığa gəliblər və bununla bağlı lazımi prosesin başlanmasına qərar veriblər.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə XİN-nin Türkiyə və Ermənistan arasında Normallaşma Prosesi üzrə xüsusi nümayəndələrin səfir Serdar Kılıç və Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan arasında Vyanada keçirilən dördüncü görüşünə dair bəyanatında deyilir.

Qeyd olunub ki, onlar həmçinin Türkiyə ilə Ermənistan arasında birbaşa hava ilə yük ticarətinin mümkün qədər tez başlaması barədə razılığa gəliblər və bu məqsədlə lazımi prosesin başlanmasına qərar veriblər.

Bundan əlavə, tərəflər, həmçinin yekun məqsəd olan iki ölkə arasında tam normallaşmaya nail olmaq üçün atıla biləcək digər mümkün konkret addımları da müzakirə edib və normallaşma prosesinin ilkin şərt olmadan davam etdirilməsi ilə bağlı razılıqlarını bir daha vurğulayıblar.

www.yenicag.az

556
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv