!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyə və güclü Azərbaycan modeli dünyaya nümunədir – Bələdiyyə başçısı

!Reklam – Yazi

Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev Bağcılar bələdiyyə başçısı, Türk Dünyası Bələdiyyələr Birliyi başçısının müavini Lokman Çağırıcı ilə görüşüb.

Yeniçağ.az-ın Report-a istinadən verdiyi məlumata görə, baş konsul Türkiyənin çətin zamanlarında Azərbaycanın dost ölkəyə daimi dəstək verdiyini və bundan sonra da qardş Türkiyənin yanında olacağını deyib.

Konsul iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin dərin köklərlə söykəndiyini, bu gün dünyada güclü Türkiyə və güclü Azərbaycan modelinin nümunə olduğunu bildirib.

L.Çağırıcı 20 Yanvar faciəsi və Xocalı soyqırımı həqiqətlərinin Türkiyəyə və dünyaya çatdırılması üçün bələdiyyənin konsulluqla əməkdaşlığa hazır olduğunu və bunun səmərə verəcəyini vurğulayıb.

Yeniçağ.az

www.yenicag.az

1001
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv