Türkiyə və İran XİN rəhbərləri Misirdə görüşdülər

Türkiyənin xarici işlər naziri Hakan Fidan İranın xarici işlər naziri Abbas Əraqçi ilə Misirdə görüşüb.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.

Bildirilib ki, görüş D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı toplantısı çərçivəsində keçirilib.

Görüşün təfərrüatı açıqlanmayıb.