Türkiyə və İranın XİN başçıları mətbuat konfransı keçirdilər

İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian martın 8-də Türkiyəyə səfər edib.

Yenicag.az xəbər verir ki, nazir Abdullahian Ankarada türkiyəli həmkarı Mövlüd Çavuşoğlu ilə görüşüb.

Təkbətək görüşdən sonra iki ölkənin XİN başçısı mətbuat nümayəndələrinin suallarını cavablandırıb. /Oxu.az/