Türkiyə və İspaniya XİN başçıları Ukraynadakı durumu müzakirə etdi

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın Nyu-York şəhərində İspaniyanın xarici işlər, Avropa İttifaqı və əməkdaşlıq naziri Xose Manuel Albares Bueno ilə görüşüb.

Yenicag.az xəbər verir ki, bunu M.Çavuşoğlu “Twitter”də yazıb.

O, həmkarı ilə NATO-nun genişlənmə siyasətini və Ukraynadakı durumu müzakirə etdiyini bildirib.

Qeyd edək ki, nazirlər BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində bir araya gəliblər.