Türkiyənin milli müdafiə naziri Hulusi Akarla israilli həmkarı Yoav Qallant arasında telefon danışığı olub.
Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Y.Qallant Türkiyə xalqına zəlzələdə ölənlərə görə başsağlığı verib.
O, həmçinin Türkiyəyə lazımi dəstək göstərməyə hazır olduqlarını bildirib./Report/