Türkiyə və Rusiya arasında viza rejimi ləğv edilir

Türkiyə bu ilin sonuna qədər Rusiya ilə viza rejiminin ləğv edilməsini, yaxud viza rejiminin yumşaldılmasını gözləyir.

Yenicag.az xəbər verir ki, bunu bu gün Türkiyə xarici işlər nazir Mövlud Çavuşoğlu açıqlayıb.

Çavuşoğlu deyib ki, bu ilin sonunda iki ölkənin prezidentləri telefon danışığı, yaxud ilk şəxsi görüşlərində viza rejiminin ləğvi barədə qərar verə bilərlər.

Qeyd edək ki, Rusiya 2015-ci ilin noyabrında Suriya-Türkiyə sərhədində “Su-24” hərbi təyyarəsinin vurulmasından sonra Türkiyə vətəndaşlarına viza rejimi tətbiq edir.

COP29