Türkiyə və Rusiya diplomatik missiyası Suriya problemi üçün toplandı

Türkiyə və Rusiya diplomatik missiyası Suriya problemini müzakir edib.

Yenicag.az xəbər verir ki, görüş Türkiyə Xarici işlər nazirinin könəkçisi Sedat Önal və Rusiya Prezidenti Vladimir Putinin Suriya üzrə xüsusi müşaviri Aleksandr Lavrentyev, həmçinin Rusiya XİN köməkçisi Sergey Verçin arasında baş tutub.

Bu barədə Türkiyə XİN-i məlumat yayıb.

Qeyd edək ki, dünən də belə bir görüş Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın və Rusiya Prezidenti Vladimir Putinin Suriya üzrə xüsusi müşaviri Aleksandr Lavrentyev, həmçinin Rusiya XİN köməkçisi Sergey Verçin arasında keçirilib. Verilən açıqlamada görü zamanı İdlib, Suriya Konstitusiya Komissiyası, neytral zona və terrorla mübarizə ətrafında fikir mübadiləsi aparılıb.